Play Store

Müdafiə naziri ön xətt bölmələrində olub - FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olublar.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, əvvəlcə hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək gül dəstələri qoyulub.

Sonra Müdafiə naziri, müdafiənin ön xəttindəki bölmələrdə olaraq üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Əməliyyat şəraiti ilə tanış olan general-polkovnik Z.Həsənov birləşmələrin və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Hərbi qulluqçular Müdafiə nazirinə müraciətdə işğal altında olan torpaqların tezliklə azad edilməsinə hazır olduqlarını bildiriblər.

"PSJ" Yoxsa "Real Madrid" ? - İlk 1/4 finalçılar bü gün müəyyənləşəcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR