Play Store

DİQQƏT: Kompüter qarşısında saatlarla oturanlar - Yaddaşınız POZULA BİLƏR

Yaddaşsızlıq son dövrlər təkcə təkcə yaşlı nəslin deyil, gənclərin də ən çox şikayət etdiyi problemə çevrilib.

Bu problem çox vaxt qayğılarla əlaqələndirilsə də, əslində sağlamlıqla bağlı ciddi siqnal ola bilər.

Nevropatoloq Pərvanə Orucova bununla bağlı Metbuat.az-a açıqlamasında deyir ki, yaddaş pozğunluğu hansısa sematik xəstəlikdən xəbər verə bilər:

“Yaddaş pozğunluğu olan pasientlərdə ilk növbədə hansısa sematik xəstəliyin olub-olmaması araşdırılır. Bura qan azlığı, revmatizm, beyin qan dövranı xəstəlikləri, yaxud uşaqlarda epilepsiya xəstəliyi (qıcolma) aiddir. Yaddaş pozğunluğu ilə bağlı həkimə müraciət edən şəxslərdə bu xəstəliklərin olub-olmaması araşdırılmalıdır. Çünki bədəndə gedən bütün metobolik proseslər (iltihab prosesləri, maddələr mübadiləsinin pozğunluğu) beyinə də təsir edir. Bu da orqanizmdə müəyyən vitaminlərin azalmasına səbəb olur. Nəticədə, yaddaş pozğunluğu yaranır. Ən əsas B12 vitamininin çatışmazlığı insanlarda yaddaş pozğuntularına səbəb ola bilər. Ona görə də, yaddaş pozğunluğu olan gənclərdə ilk növbədə B12 vitaminini yoxlatdırmaq lazımdır.

Bügünkü gündə kompüterin qarşısında saatlarla oturmaq, mobil telefondan istifadə yaddaşın müəyyən qədər zəifləməsinə səbəb olur. Bunun qarşısını almaq üçün həmin şəxslər işdən sonra təmiz havada qalmalıdırlar. Qapalı otaqda uzun müddət oturmaq beyində oksigen çatışmazlığına səbəb olur ki, bu da beyinin maddələr mübadiləsini pozur. Ona görə, bu cür şəraitdə işləyən insanlara B12 vitaminlərini qəbul etmək, təmiz havada gəzmək, yuxu rejimini düzgün bölmələri məsləhət görülür”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Mobil telefonunuzu burada saxlamayın -Xərçəng ola bilərsiniz - TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR