Şahmat məktəbindən oğurluq edən şəxs tutuldu

Martın 5-nə keçən gecə Zərdab rayonundakı Şahmat məktəbində oğurluq hadisəsi baş verib.

Hadisə ilə bağlı DİN-dən Metbuat.az-a verilən məlumatda bildirilir ki, şahmat məktəbinin anbarından 10 ədəd kompyuter oğurlanıb.

Məlumata görə, Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Emil Qasımov saxlanılıb.

ŞOK! Arvadını öldürdü, canlı yayım etdi - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR