Play Store

Zərərsizləşdirilən terrorçuların sayı 2872 nəfərə çatıb -"Zeytun budağı" əməliyyatı

"Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2872-yə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.

Türkiyə Silahlı Qüvvələri və əməliyyatlara dəstək verən Azad Suriya Ordusu gücləri hərəkatın əvvəlindən bu yana YPG/PKK-İŞİD-in işğalındakı Afrində 117-si kənd, 30-u kritik nöqtə olmaq üzrə 147 regionu nəzarətinə alıb.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR