"Youtube"dan artıq videoları birbaşa yükləmək olacaq

"Youtube" sosial şəbəkəsindən yenilik var.

Metbuat.az-ın məlumatına görə, "Youtube"un təqdim etdiyi video yükləmək özəlliyi olan "Youtube Go" platforması ilə artıq bütün videoları pulsuz yükləmək mümkün olacaq. Bundan əlavə "Youtube"dən video yükləmək istəyən şəxslər yükləmədən əvvəl videoların keyfiyyətini seçə biləcəklər. Bunlar "yüksək keyfiyyət", "standart keyfiyyət", "aşağı keyfiyyət" olaraq təqdim olunacaq.

Artıq Türkiyədə bu platformadan istifadə olunur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR