Akrobatlarımız Mayadakı Dünya Kubokunda iştirak ediblər

Ötən həftəsonu, Akrobatika Gimnastikası üzrə yığma komandamız növbəti Dünya Kubokuna yollanıb.

Metbuat.az-ın məlumatına görə, martın 2-4-də Portuqaliyanın Maya şəhərində keçirilmiş Dünya Kubokunda Azərbaycanı kişi cütlüyü tərkibində Seymur Cəfərov və Murad Əkpərov, qarışıq cütlüklər tərkibində isə Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı təmsil ediblər.

Yarışlarda iştirak edən hər 3 cütlüyümüz finala adlamağı bacarıblar. Seymur və Murad 27.760 xalla 5-ci, Ağasif və Nurcan 28.400 xalla 5-ci, Abdulla və Ruhidil isə 27.530 xalla 6-cı yerdə qərarlaşıblar.

Xatırladaq ki, bu ildən böyüklər arasında çıxış edən gimnastlarımızı qarşıda 13-15 aprel tarixlərində Belçikanın Antverp şəhərində təşkil ediləcək Akrobatika Gimnastikası üzrə Dünya Çempionatında iştirak gözləyir.

Payız fəslində isə akrobatlarımız artıq doğma divarlar arxasında – Milli Gimnastika Arenasında 17-18 noyabr tarixlərində baş tutacaq Dünya Kuboku çərçivəsindəki yarışlarda öz qüvvələrini sınayacaqlar.

Şanssızlığın beləsi görülməyib - İşıq dirəyi qopdu və.../ VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR