Finlandiyada hərbi xidmətə maraq göstərən qadınların sayı

Finlandiyada zərif cinsin nümayəndələri arasında könüllü hərbi xidmət keçmək istəyənlərin sayı 36 faiz artıb.

Metbuat.az xəbər verir ki, bu il yenə də orduda xeyli qadın xidmət etmək istəyib. 2018-ci ildə Müdafiə Qüvvələrinə 1516 müraciət daxil olub və bu da bir il əvvəl ilə müqayisədə 400 müraciət çoxdur. Qadınların çoxu Cənubi və Mərkəzi Finlandiyadakı hərbi bölmələrdə xidmət etmək istəyir.

1995-ci ildən 8100 qadın orduda xidmət edərək ehtiyata buraxılıb. Bu müddət ərzində onların 65-70 faizi rəhbər hərbi vəzifələr tutmağa imkan verən təhsil alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR