Afrində məhv edilən terrorçuların sayı 2878-ə çatdı

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya ordusunun Afrində həyata keçirdiyi əməliyyatlar nəticəsində məhv edilən terrorçuların sayı 2878-ə çatıb.

Metbuat.az-ın məlumatına görə, təkcə ötən gecə PYD-YPG və İŞİD terror qruplaşmalarının 83 üzvü zərərsizləşdirilib. Şeran bölgəsinin mərkəzi ilə yanaşı daha 5 kənd terrorçulardan azad edilib. Bununla da,nəzarət altına alınan məntəqələrin sayı 147-yə çatıb. Hazırda əsas döyüşlər Cindərəs bölgəsində gedir.

Cindərəsdən Afrinə gedən yollar nəzarət altına alınıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR