Play Store

​ABŞ səfirliyinə hücum planlaşdıran 4 şübhəli saxlanılıb

ABŞ-ın Ankaradakı səfirliyinə hücum planlaşdıran 4 şübhəli saxlanılıb.

Metbuat.az-ın məlumatına görə, İŞİD terror təşkilatının üzvü olan şəxslər Samsunda həyata keçirilən əməliyyat zamanı nəzarətə götürülüb. Onların İraq vətəndaşları olduğu deyilir. Xatırladaq ki, ötən gündən başlayaraq, Ankarada təhlükəsizlik tədbirləri gücləndirilib.

Xüsusən də, Birləşmiş Ştatları səfirliyinin ətrafında ciddi yoxlamalar aparılır. Təhlükəsizlik vəziyyətiylə əlaqədar, səfirliyin fəaliyyəti 1 günlük dayandırılıb. Kəşfiyyat məlumatlarına görə, diplomatik missiyanın yerləşdiyi ərazidə və amerikalıların tez-tez toplaşdığı yerlərdə terror aktları törədilə bilər.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR