78 yaşlı azərbaycanlı "morj" - VİDEO

78 yaşlı azərbaycanlı "morj" - VİDEO
09:27 11 Yanvar 2015
263 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ahıl yaşlı insanların müxtəlif maraqlı məşğuliyyətləri barədə çox eşitmişik. 

Masallı sakininin hərəkəti isə hər kəsi şoka salıb. Milli.Az CTV-yə (Region TV) istinadən bildirir ki, ağsaqqal qarlı havada buz kimi suda çimmək istəyini gerçəkləşdirmək üçün Masallıdan Lənkərana - Xəzər dənizinə üz tutur.

78 yaşlı, Masallı rayonunun Hişkədərə kənd sakini Ələmdar Əliyevin həyat yolu, əslində, yaşıdlarından o qədər də fərqlənmir. Masallı Rayon Telekommunikasiya Qovşağında çalışan Ələmdar kişinin yeganə fərqli xüsusiyyəti isə onun dənizə olan sonsuz sevgisidir.

Son iki gündə bölgəyə yağan qar Ələmdar kişinin sevincinə səbəb olub. O, dərhal tanışlarının maşını ilə Xəzər dənizinə üz tutub. Ömrünün bu yaşında, qışın oğlan çağında Ələmdar Əliyev dənizdə çimməklə özünü çox gümrah hiss edir.

Ələmdar kişinin sözlərinə görə, hələ uşaq ikən xəstə olan zaman anası onu 3 gün qarın altında saxlayıb. Həmin gündən indiyə kimi ağsaqqal nə soyuq havadan, nə də buz kimi sudan qorxur.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR