Qəzaya uğramış “An-26” təyyarəsində 39 hərbi qulluqçu olub - Rusiya MN

Suriyanın Hmeymim aeroportu yaxınlığında Rusiyanın qəzaya uğramış “An-26” təyyarəsində 6 ekipaj üzvü və 33 sərnişin olub.

Metbuat.az xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi həlak olanların hamısının hərbi qulluqçu olduğunu bildirir. Bundan əvvəl təyyarədə 33 nəfərin olduğu barədə məlumat yayılmışdı. Nazirliyin komissiyası hadisənin bütün mümkün səbəblərini araşdırır.

Həlak olanların ailə üzvlərinə zəruri kömək ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR