Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi - cəhdinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Metbuat.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs İsayev Elmi Əmin oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası, Quba rayon sakini İsayeva Qəribə Nazrənməd qızının üzərinə və əşyalarına baxış keçirilərkən pul qabının içində gizlətdiyi, daxilində danışıq kartı olmayan bir ədəd “İPhone” markalı mobil telefon aparatı aşkarlanıb.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

Saatda 500 km sürətlə gedir - İlin avtomobili / FOTOLAR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR