"Real Madrid" və "Liverpool" növbəti mərhələdə - VİDEO

Dünən Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmaları keçirilib.

Metbuat.az xəbər verir ki, hər kəsin maraqla gözlədiyi oyun "PSJ" və "Real Madrid" komandaları arasında baş tutub. İlk matçda məğlub olan fransızlar doğma meydanlarında da eyni nəticəni göstəriblər. Oyun 1:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, turun digər cavab qarşılaşması "Liverpool" - "Porto" arasında keçirilib və ingilislər iki oyunun nəticəsinə əsasən (5:0), mərhələ adlayan tərəf olublar.

Sərdar Məmmədov / Metbuat.az


Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR