Bar sahibi işçisinə təcavüz etdi - həbs olundu

Türkiyənin Muğla şəhərində bar sahibi həbs olunub.

Metbuat.az "Haberler"ə istinadən xəbər verir ki, Muğlada gecə klubunda işləyən müğənni qadın müdiri tərəfindən evinə qoyulduqdan sonra təcavüzə məruz qalıb.

Nəzarətə alınan gecə klubu sahibi həbs olunub.

Muğla Yayla Ceylan Məhəlləsindəki bir əyləncə məkanında səs sənətçisi kimi çalışan 30 yaşlı Ü.K-yı iş yeri sahibi 40 yaşlı Y.K. gecə yarısından sonra evinə öürüb.

Evində Y.K-nın təcavüzünə məruz qalan Ü.K. jandarmaya gedərək şikayətçi olub.

Hadisə ilə bağlı istintaqa başladan Fethiye Respublika Prokurorluğu Y.K. haqqında yaxalama qərarı çıxarıb.

Rayon Jandarm Komandanlığı dəstələri də şübhəlini evində nəzarətə alaraq onu həbs edib.

Tural İsmayılov/ Metbuat.az

OXU!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR