Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən Metbuat.az-a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il mart ayının 1-nə 5 mlrd. 387,3 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 18 mln. dollar və ya 23,3% çoxdur. Fevral ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 6,1 mln. dollar və ya 0,11% artıb.

Cəbhədən son məlumat - Müdafiə Nazirliyi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR