Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb - DİN

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onların da 14-ü“isti izlər”lə açılıb.

Metbuat.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Liftdə köməksiz qalan 2 nəfər xilas edilib - Bakıda - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR