Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi - VİDEO

Novruz bayramı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Metbuat.az-ın məlumatına görə, müraciətdə deyilir:

Hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

  • bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
  • tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
  • tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
  • tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
  • yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

"Whatsapp"dan hər kəsin gözlədiyi yenilik - DİQQƏT/ VİDEO - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR