Qubada "Hündür günbəzli hamam" təmir-bərpa olunur - FOTOLAR

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Quba şəhərində yerləşən “Hündür günbəzli hamam”da təmir-bərpa işləri həyata keçirilir.

Bu barədə Metbuat.az-a nazirlikdən məlumat verilib.

“Hündür günbəzli hamam” Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Abidə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə bərpa olunur.

Tarixi abidənin bərpa olunması istiqamətində işlər davam etdirilir. Ötən müddət ərzində abidənin fasad və daxili divarlarında yaranmış fəsadlar aradan qaldırılıb, hörgüarası tikişlər təmizlənərək əhəng məhlulu ilə yenidən doldurulub. Hücrələrdə möhkəmləndirmə işləri görülüb, damın səthi torpaq və ot örtüyündən tam təmizlənib, sahə bərpa olunaraq izolyasiya edilib, günbəzə qalxan kərpic pilləkən bərpa olunub. Hamamın fasadında və daxili hissələrində aşınmış kərpiclər bərpa edilib, relyef üzrə səviyyə fərqinə görə perimetr boyu torpaq 50 santimetr dərinliyində qazılaraq hamama daxil olmaq üçün pilləkənlər quraşdırılıb. Otaqların döşəmələri palçıq təbəqəsindən təmizlənərək bərpa olunub, eyni zamanda, tavan və divarlar suvaq qatından təmizlənərək ilkin vəziyyətə uyğun bərpa işləri həyata keçirilib. Tarixi abidənin qapı və pəncərələri yeniləri ilə əvəz edilib, isitmə, soyutma avadanlıqları quraşdırılıb, hasarı bərpa olunub. Ərazinin abadlaşdırlması və digər işlər həyata keçirilir.

Qeyd edək ki, Qubada yerləşən “Hündür günbəzli hamam” XIX əsrdə şərq memarlığı üslubunda inşa olunub. Tikintisində bişmiş kərpicdən istifadə edilib. Tarixi abidədə sonuncu dəfə 1986-1987-ci illərdə təmir-bərpa işləri aparılıb.

"Whatsapp"dan hər kəsin gözlədiyi yenilik - DİQQƏT/ VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR