Yunanıstanda türk bayrağı yandırılıdı - Türkiyədən ilk reaksiya

Yunanıstanda Türkiyə bayrağı yandırılıb.

Metbuat.az türk mətbuatına istinadən bildirir ki, Türkiyə Xarici işlər Nazirliyi Yunanıstanda türk bayrağının yandırılmasını pisləyib.

İRQÇİ HÜCUMU ŞİDDƏTLƏ PİSLƏYİRİK

Nazıirlik yaydığı açıqlamada qeyd edib: "Yunanıstandakı irqçi bir partiya tərəfindən Afinada, 5 Mart tarixində ölkəmiz əleyhinə keçirilən nümayiş zamanı bayrağımızın yandırılmasını qətiyyətlə pisləyirik."

BİR AN ƏVVƏL TUTULMALARINI GÖZLƏYİRİK

"Bayrağımıza qarşı bu iyrənc hərəkəti həyata keçirən cinayətkarların tezliklə tutulmalarını və ən qısa zamanda məhkəmə qarşısına çıxarılmalarını yunan orqanlarından gözləyirik" deyildi.

Paytaxt Afinada ifrat sağçı "Hrisi Avgi" Partiyası (Qızıl Şəfəq) sədri, millət vəkilləri və tərəfdarları Vassilisis Sofias küçəsində dünən axşam saatlarında toplanaraq əllərində yunan bayraqları Türkiyənin Afina Səfirliyinə doğru yürüşə keçib.

TÜRK SƏFİRLİYİNƏ GETMƏK İSTƏDİLƏR

Ancaq Səfirliyə gedən küçə çevik polislər tərəfindən maşınlarla bağlanmışdı və qrupun keçməsinə icazə verilmədi.

Bunun üzərinə həddindən artıq sağçı qrup üzvləri burada Türkiyə əleyhinə şüarlar ataraq, türk bayrağını yandırıb. "Türklər unutmuram, intiqam alacağam" deyərək şüar atan qrup hadisəsiz bir şəkildə dağıdılıb.

Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR