Dövlət qulluğuna qəbulda vakant vəzifələrə - qeydiyyat başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun inzibati icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan olunmuş müsabiqədə vakant vəzifələrə qeydiyyat 8 mart saat 18:00-dək davam edəcək.

DİM-dən Metbuat.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) dövlət qulluğuna qəbul üçün 7 mart saat 11:45-ə olan məlumata əsasən 1008 müraciət qeydə alınıb. 1 yerə düşən ərizələrin orta sayı 1.95-dir. 173 vakant vəzifə üzrə hələlik heç bir müraciət qeydə alınmayıb.

Ən yüksək müsabiqə vəziyyəti isə Dövlət Sosial Müdafiə Fondu, Binəqədi rayon şöbəsi, Sosial sığorta sektoru məsləhətçi (1 yerə 27 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 24 namizəd), Dövlət Məşğulluq Xidməti, Yasamal rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru aparıcı məsləhətçi (1 yerə 23 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamenti, Sığortaedənlərə xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 22 namizəd) Dövlət Məşqulluq Xidməti, Nəsimi rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 20 namizəd) vəzifəsi üzrə formalaşıb.

Müsahibə elanı və müsabiqə vəziyyəti ilə ətraflı buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək.

Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.

"Whatsapp"dan hər kəsin gözlədiyi yenilik - DİQQƏT/ VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR