Silsilə oğurluqlar edən iki nəfər tutuldu

Sumqayıtda silsilə oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, H.Z.Tağıyev qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Bəhlul Cəbiyev və Elxan Quliyev Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Onlar ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə şəhər ərazisində ümumilikdə 7 həyətyanı sahədən, 3 avtomobildən pul, ev quşu və məişət əşyaları, qaz sayğacı, təmir-tikinti alətləri, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinir.

XƏBƏRDARLIQ: Martın 9-u və 10-da intensiv yağış yağacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR