Səməni necə hazırlanmalıdır?

Səməni hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik elementdir.

Metbuat.az məlumat verir ki, səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır.

Səməni necə hazırlanır?

Buğdanı təmizləyib suya qoyun. 2-3 gün saxlayın. Buğda şişəcək. Daha sonra buğdanı sudan çıxarıb dəsmalın üstünə sərin ki, suyu çəkilsin. Suyu çəkildikdən sonra buğdanı qaba tökün. Tənzifi suya salıb isladıb buğdanın üstünə sərin. Tənzif yaş qalmalıdır. Buğda cücərməyə başlayanda tənzifi götürün. Səməninin suyunu elə vermək lazımdır ki, altında su yığılıb qalmasın. Quruluğuna baxıb 2 gündən bir su vermək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR