"Range Rover" yeni ikiqapılı maşın çıxaracaq

"Range Rover" 48 illik klassik dizaynında qeyri-adi bir yeniliyə imza ataraq "SUV" xüsusiyyətlərinə malik ikiqapılı kupe çıxaracaq.

Metbuat.az xəbər verir ki, 5 litr super şarjlı "V8" mühərriki ilə 557 at gücü istehsal edəcək avtomobil 100 kilometrə 5 saniyədə çıxa bilir. Maksimum sürəti isə saatda 265 km-dir. Dördapılı klassik dizaynından imtina edərək ikiqapıya çevrilən yeni "Range Rover" ön və arxa oturacaqlardakı rəngləri ilə diqqət çəkir. Yüksək texnologiyaya malik mərkəzi konsol və nəzarət paneli ilə yanaşı avtomobildə 2-ci nəsil "Terrain Response" sistemindən istifadə edilib və beləcə, palçıqlı, qarlı və qayalıqlı yollardan asanlıqla keçmək mümkündür.

Avtomobilin 2018-ci ilin sonlarında İngiltərədə satışa çıxacağı, qiiymətinin isə 295 min dollar olacağı deyilir.

Qeyd edək ki, bu modeldən sadəcə 999 ədəd istehsal ediləcək.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR