Play Store

Yol polisi qadın sürücüləri təbrik edəcək

Hər il olduğu kimi bu il də Bakı Şəhər Dövlət Yol Polisi qadın sürücüləri, eləcə də yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəcək.

Bu barədə Metbuat.az-a Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, bayram günü ilə bağlı saxlanılacaq sürücü xanımlarla təbliğat xarakterli söhbətlər aparılacaq, eyni zamanda idarə etdiyi nəqliyyat vasitələri üzrə DYP-nin Mərkəzi Məlumat Sistemində olan informasiyalar yoxlanılacaq. Araşdırmalar zamanı il ərzində inzibati xətası qeydə alınmayan, DYP əməkdaşları tərəfindən saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən xanım srücülər BPİ Dövlət Yol Polisi İdarəsi tərəfindən "Nümunəvi xanım sürücü" kimi elan ediləcək. Həmim xanım sürücü gül buketləri, o cümlədən müxtəlif qiymətli hədiyyərlər təltif olunacaq.

BNA-nın Avto FM radiosu əməkdaşları ilə birgə keçiriləcək və canlı olaraq 107.7 FM dalğasında yayımlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR