Azərbaycan nefti cüzi ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 6-da 66,58 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,15 dollar/barel azdır.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 6-da 65,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 6-da 61,63 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,15 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 6-da 65,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR