Vyanada İran və “altılıq” ölkələrinin

Martın 16-da Avstriyanın paytaxtı Vyanada İran və “altılıq” ölkələrinin birgə komissiyasının iclası keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, iclasın müzakirə mövzusu açıqlanmır.

İranın nüvə proqramına dair birgə komissiyanın iclasları mütəmadi olaraq Vyanada keçirilir. Görüşlərdə İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının yerinə yetirilməsi müzakirə olunur.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri”; - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR