“Mi-8” 150 metr hündürlüyü olan yarğandan uçuruma yuvarlanıb - Ramzan Kadırov

Sərhəd xidmətinin Mi-8 helikopterinin Çeçenistanda qəzaya uğramasına qəfil güclənən külək səbəb olub.

Metbuat.az xəbər verir ki, bunu Çeçenistanın başçısı Ramzan Kadırov Telegram kanalında deyib. Onun sözlərinə görə, sərhədçiləri düşürmək üçün aşağı enən helikopter yerdən iki metr aralıda asılı vəziyyətdə dayandığı vaxt külək qəfildən güclənib. Helikopter bərk yırğalanmağa başlayıb, iki sərhədçi özünü yerə ata bilib. Digər 7 nəfər içəridə qalıb və helikopter 150 metr hündürlüyü olan yarğandan uçuruma yuvarlanıb.

Kadırov bildirib ki, 5 cəsəd, həmçinin ağır yaralanmış 2 döyüşçü uçurumdan çıxarılıb. Onlardan biri hospitalda ölüb, digəri isə stabil ağır vəziyyətdədir.

Xatırladaq ki, sərhəd xidmətinə məxsus helikopter bu gün səhər saatlarında Çeçenistanda dağlıq ərazidə qəzaya uğrayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR