Azərbaycanda Yüksək Texnologiyalar Parkının rezidentləri üçün investisiya paketləri hazırlanıb

Azərbaycanda Yüksək Texnologiyalar Parkının rezidentləri üçün investisiya paketləri hazırlanıb
10:03 11 Yanvar 2015
255 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 yanvar /TrendŞ müxbir Hüseyn Vəliyev/

Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Yüksək Texnologiyalar Parkı” MMC Parkın gələcək tərəfdaşları və rezidentləri üçün investisiya layihələri hazırlayıb. Bu barədə cümə axşamı Trend-ə Parkın icraçı direktoru Seymur Ağayev bildirib.

Onun sözlərinə görə, üç təkliflər paketi hazırlanıb. Onlardan hər birinin öz üstünlükləri var və sərmayəçilərdə maraq doğura bilərlər: "Bizim əsas məqsədimiz sənaye zonasının inkişafına yerli, eləcə də xarici investorları cəlb etməkdən ibarətdir. Söhbət sənaye zonasının rezidentləri üçün nəzərdə tutulmuş vergi güzəştlərindən gedir. Məhz onlar yüksək texnologiyalı investorları, həm də əmlak bazrının sərmayəçilərini əməkdaşlığa cəlb etməyə imkan yaradırlar. Yəni güzəştlər həm əmlak investorları, həmçinin sənaye zonasında təmsil edilə biləcək rezidentlər üçün nəzərdə tutulub. Müvafiq olaraq vergi güzəştləri onların sənaye zonasının ərazisində tikiləcək obyektlərin və ofislərin alışının zəmanəti ola bilər".

S.Ağayev qeyd edib ki, hazırda ölkə parlamenti səviyyəsində vergi güzəştlərinin dörd növü təsdiqlənib. Növbəti vergilərdən yeddi ilə kimi azad olma haqqında söhbətlər gedir: Avadanlığın idxalı zamanı ƏDV, gəlir vergisi, torpağ vergisi, əmlak vergisi.

Parkın icraçı direktoru bildirib: "Bundan başqa, hazırda gömrük güzəştlərinin tətbiqi üçün mexanizmlərin hazırlaması üzərində iş aparılır. Biz həmçinin 12 yeni təklif hazırladıq,onlar hələlik optimallaşdırma mərhələsindədir. Təkliflər daha sonra Rabitə Nazirliyinin müzakirəsinə təqdim ediləcək. Təkliflər dünya təcrübəsinə əsaslanır və iqtisadiyyatın konkret sahələrinin inkişafı üçün nəzərdə tutulub”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2351337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR