Cinayət törətməkdə şübhəli bilinən - 22 nəfər saxlanılıb

2018-ci il martın 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Çaylardakı vəziyyətlə bağlı - Son məlumat - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR