Play Store

Silsilə oğurluqlar edən şəxs saxlanılıb - Qaradağda

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən bir neçə oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrından cari ilin fevral ayınadək olan müddətdə bir qadının içərisində pul və sənəd olan çantasını, Qaradağ rayon Telefon Qovşağına məxsus 120 metr elektrik naqilini və “Bakı Elektrik Şəbəkə”yə məxsus fasada quraşdırılmış 148 ədəd işıqlandırıcını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elçin Cəlilov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Dövlət qurumları işçi axtarır - 334 vakansiya - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR