Hindistanda Qandinin heykəli təhqir olundu

Hindistanda bir qrup şəxs milli-azadlıq hərəkatının lideri Mahatma Qandinin heykəlini təhqir edib.

Metbut.az-ın məlumatına görə, onlar heykəlin başını qoparmağa cəhd ediblər.

İnsident cənub ştatı olan Keralın Kannur şəhərində baş verib. Heykəlın başını qoparmağa cəhd edənlərə yoldan keçənlər mane olub.

Hadisə müşahidə kameralarının yaddaşına həkk olunsa da, polis onları hələlik tapa bilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR