Poroşenkonun evini mühafizə edən polis postda intihar edib

Xüsusi təyinatlı Ukrayna Milli Polisinin əməkdaşı, prezident Petr Poroşenkonun evini mühafizə edən baş çavuş Sergey Qalasyuk özünü öldürüb.

Metbuat.az-ın məlumatına görə, bu barədə "Strana.ua" saytı mənbəyə istinadən məlumat yayıb.

Hadisə fevralın 23-də baş verib. S. Qalasyuk P. Poroşenkonun evi yaxınlığında mühafizə xidməti aparan zaman intihar edib.

Ukrayna KİV-ləri yazıb ki, S. Qalasyuk əvvəl də özünü öldürməyə cəhd edib, buna baxmayaraq, xidməti vəzifəsini yerinə yetirməyə davam edib.

Ukrayna hüquq-mühafizə orqanları S. Qalasyukun ölümü xəbərini təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR