Play Store

Suriya ordusu Şərqi Qutada əməliyyatları davam etdirir

Suriya ordusu Şərqi Quta bölgəsində əməliyyatları davam etdirir.

Metbuat.az-ın məlumatına görə, bölgənin qurudan və havadan atəşə tutulması nəticəsində aralarında uşaq və qadınlar da olmaqla 30 dinc sakin həlak olub. Çox sayda insan yaralanılıb. BMT Təhlükəsizlik Şurası Şərqi Qutadakı vəziyyətlə bağlı növbəti dəfə təcili toplantı keçirib.

Müzakirələrin nəticələrinə dair hələlik açıqlama verilməyib. Qeyd edək ki, iki həftə əvvəl Təhlükəsizlik Şurası Suriyada 30 gün müddətində atəşkəsin tətbiq olunmasına dair qətnamə qəbul edib. Lakin hava hücumlarına ara verməyən hökumət qüvvələri, üstəlik quru əməliyyatlarına da başlayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR