Play Store

ABŞ-ın şərq əyalətlərində fövqəladə vəziyyət elan edildi

ABŞ-ın şərq əyalətlərində qar fırtınası səbəbiylə fövqəladə vəziyyət elan edilib.

Metbuat.az-ın məlumatına görə, təbii fəlakətdən daha çox Konnektikut, Massaçusets və Pensilvaniya ştatları ziyan çəkib. Naqillər sıradan çıxdığından 2 milyondan çox evə elektrik enerjisinin verilməsi dayanıb. 3 mindən çox aviareys ləğv edilib.

10 min reys isə təxirə salınıb. Yollar buz bağladığından mərkəzi magstrallarda hərəkət dayanıb. Qeyri-sabit hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR