​ABŞ "Taliban"ı Əfqanıstan hökumətiylə danışıqlara çağırdı

ABŞ-ın Dövlət Departamenti "Taliban" hərakatını Əfqanıstan hökumətiylə danışıqlar aparmağa çağırıb.

Metbuat.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, Kabilin irəli sürdüyü təklifləri "Taliban" üçün yaxşı fürsətdir. Əfqanıstan rəhbərliyinin dialoq üçün atdığı addımlar "cəsur davranış" kimi qələbə verilib.

Qeyd edək ki, prezident Əşrəf Qəni sülh danışıqlarına başlamaq üçün Taliban hərəkatı ilə atəşkəslə bağlı razılıq əldə olunduğunu açıqlayıb.Dövlət başçısı bildirib ki, sülh anlaşması imzalansa, Taliban hərəkatının bütün üzvləri hakimiyyətin “qara siyahısı”ndan çıxarılacaq. Onlara Əfqanıstan pasportları veriləcək. Həbsdə olanlar isə azadlığa buraxılacaq.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR