AB ABŞ-a adekvat cavab verəcək - Ticarət müharibəsi başlayır

Avropa Birliyinin ABŞ-dan idxal olunan məhsullara əlavə vergi tətbiq edəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə açıqlama verən qurumun ticarət məsələləri üzrə nümayəndəsi Sesiliya Malmström bildirib ki, bununla bağlı siyahı artıq hazırdır. Siyahıda polad, sənaye və kənd təsərrüfatı məhsulları var. Hazırda məsələ ilə bağlı avropa ölkələri ilə danışıqlar davam edir.

Qeyd edək ki, Birləşmiş Ştatlar Avropadan idxal olunan alüminium və polad idxalına əlavə vergilər tətbiq edib. Almaniya isəbəyan edib ki, Vaşinqtonun addımları Avropayla ticarət müharibəsinə səbəb ola bilər.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR