10 nəfərlə oynayan "Real" qonağını əliboş yolladı - FOTOSESSİYA

10 nəfərlə oynayan "Real" qonağını əliboş yolladı - FOTOSESSİYA
10:05 11 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasında 18-ci turun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən bildirir ki, ikinci matç günündə dörd qarşılaşma keçiriləcək.

Lider Madrid "Real"ı doğma meydanda  "Espanyol"u qəbul edib. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Səfərdə "Selta Viqo"nun qonağı olan "Valensiya" rəqibin müqavimətini qıra bilməyib. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən bərabərliklə ayrılıb - 1:1.

Qeyd edək ki, tura yanvarın 12-də keçiriləcək bir qarşılaşma ilə yekun vurulacaq.

10 yanvar

İspaniya La Liqası, XVIII tur

"Real" (Madrid) – "Espanyol" - 3:0
Qollar: Xames Rodriqes, 12 (1:0), Qaret Beyl, 28 (2:0), Naço, 76 (3:0)
Qırmızı vərəqə: Fabio Koentrau, 53 ("Real")

“Malaqa” – “Vilyarreal” - 1:1
Qollar: Dos Santos, 45+1 (0:1), Amrabat, 60 (1:1)

“Selta” – “Valensiya” - 1:1
Qollar: Rodriqo, 43 (0:1), Orellana, 61 (1:1)

“Eybar” – “Xetafe” - 2:1
Qollar: Del Moral, 33 (1:0), Kapa, 51 (2:0), Kastro, 80 (2:1)
 

11 yanvar

"Almeriya" – "Sevilya"

 "Atletik” – “Elçe"

"Qranada" – "Real Sosyedad"

"Barselona" – "Atletiko"
 
12 yanvar

"Rayo Valyekano" – "Kordoba"

9 yanvar

"Levante" – "Deportivo" – 0:0

Milli.Az
























Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR