Tramp Şimali Koreya lideri ilə görüşəcək? - Bu tarixdə

ABŞ Prezidenti Tramp Şimali Koreya Lideri Kim Çen In ilə may ayında görüşməyi qəbul edib.

Metbuat.az xəbər verir ki, bunu Cənubi Koreya MilliTəhlükəsizlik Müşaviri Çunq Eui-Yonq ABŞ rəsmiləri ilə görüşünün ardından Ağ Evdə mətbuata açıqlamasında deyib.

Şimali Koreya lideri Kimin Trampa göndərdiyi və içərisində ABŞ Prezidenti ilə ən qısa müddətdə görüşmək istəyinin yer aldığı məktubdan bəhs edən Çunq bildirib ki, "Tramp möhkəm bir şəkildə (Koreya Yarımadasının) nüvədən təmizlənməsi məqsədinə çatmaq üçün may ayında Kim Çen ilə görüşəcəyini deyib".

Çunq Trampın Şimali Koreya cəbhəsi tərəfindən bildirilən görüş təklifini qısa müddətə qəbul etdiyini açıqlayıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR