Şəkidə bədbəxt hadisə

Şəkidə küçədə oynayan 9 yaşlı oğlanı sahibsiz it dişləyib.

Metbuat.az-ın apa-ya istinadən verdiyi məlumata görə, martın 8-də saat 19.00 radələrində rayonun Şəki kəndinin sakini, 2009-cu il təvəllüdlü Mirkamil Füzuli oğlu Musayev it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, Mirkamil Musayev küçədə oynayarkən sahibsiz it ona hücum edib, hər iki qolun bilək və bir ayağının bud nahiyəsindən dişləyib. Mirkamil Musayevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR