Məşhur aktyor dünyasını dəyişib

"Bizimkilər" serialının qapıçı Cəfəri Ərcan Yazıçı müalicə gördüyü xəstəxanada vəfat edib.

Metbuat.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, Ərcan Yazıçı aşağı təzyiq, böyrək və qaraciyər çatışmazlığı nəticəsində yaranan orqan çatışmazlığından ötən gecə dünyasını dəyişib.

Xatırladaq ki, tanınmış aktyor 1986-cı ildə "Perihan Abla" serialındakı "şofer İsmət" obrazı ilə tanınıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR