Təcridxanaya narkotik maddə keçirilməsinin

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Şöhrət Vəlixan oğluna dostu Salyan rayon sakini Şirəliyev Asif Yadulla oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən sovqatda olan ədyalın içərisindən 0.463 qram narkotik vasitə - tiryək aşkar edilib.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

Xəzər dənizində yenə zəlzələ oldu - Rəsmi məlumat - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR