Baş prokuror vətəndaşları qəbul edəcək - Martın 16-da

Baş prokuror Zakir Qaralov martın 16-da saat 10:00-da Ağcəbədi rayon prokurorluğunun inzibati binasında Ağcəbədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, LaçınXocavənd rayon sakinlərinin qəbulunu keçirəcək.

Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağcəbədi şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.azelektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Bakı Metropoliteni işçi axtarır - Vakansiya var - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR