Üç uşaq anası özünü zəhərlədi

Üç uşaq anası özünü zəhərlədi
10:12 11 Yanvar 2015
192 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə üç uşaq anası sirkə turşusundan zəhərlənib. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, Şəki şəhəri, Abid Əfəndiyev ev 10 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Rəvanə İbrahim qızı Hümbətova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 28 yaşlı Rəvanə Hümbətova bilməyərək sirkə turşusu qəbul edib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Rəvanə Hümbətovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Məlumatda Rəvanə Hümbətovanın ailəli və üç uşaq anası olduğu bildirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR