Sarımsaq udmaq bu xəstəliyə səbəb ola bilər -DİQQƏT

Sarımsağın orqanizmə faydaları saymaqla bitmir.

Metbuat.az xəbər verir ki, sarımsaq yeməklərə dad verməklə yanaşı, saçların güclənməsindən, ürək xəstəliklərinə qədər bir çox problemin aradan qaldırılmasında fayda mənbəyidir.

Bir stəkan su ilə udacağınız bir diş sarımsaq sağlamlıq üçün faydalıdır. Sarımsaq udmaq insanlara yüksək enerji verir və gün boyu şən, gümrah qalmalarına kömək olur.

Cinsi gücü artırdığı üçün xüsusilə, gücsüzlük problemi yaşayan insanların problemlərinə dərmandır. Saçqıran xəstəliyinə səbəb olan faktorların məhv olması üçün faydalıdır.

Zəhərlənmə hallarında sarımsaq udmaq məsləhət görülür. Bunun üçün ilk növbədə zəhərlənən şəxsin huşu yerində olmalıdır.

Sarımsaq udmaq insanlarda ağciyər bronxlarının açılmasına kömək edir. Açılan bronxlar sayəsində daha rahat nəfəs almaq mümkündür.

Sarımsaq faydaları ilə yanaşı həddindən artıq istifadə edildiyi halda mədə problemlərinə səbəb ola bilər. Çox sarımsaq udulması halında mədədə və ya mədəyə gedən yolda qıcıqlanma, yanma kimi hisslər meydana gələ bilər. Bu üsuldan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməkdə fayda var. Əmizdirən analara və hamilə qadınlara sarımsaq udmaq məsləhət görülmür.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR