Bakıda ana və qızlarının oğurluğu lentə alındı - VİDEO

Paytaxtda fəaliyyət göstərən “Nə alsan 1 manat” mağazalar şəbəkəsində oğurluq hadisəsi baş verib.

Metbuat.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün mağazanın Nərimanov filialında yaşanıb.

Belə ki, alış-veriş edən ana və qızları xeyli sayda məhsulu çantalarına yığaraq götürmək istəyiblər. Ancaq onlar mağazanın təhlükəsizlik kameralarına tuş gələrək elə qapıdaca saxlanılıb.

Oğurluq edən şəxslər polis bölməsinə aparılıb.

Sözügedən hadisəni əks etdirən görüntülər mağazanın “Instagram” hesabında yerləşdirilib. İzləyicilər bir manata görə belə addım atan ana və qızlarını sərt tənqid edib.

Azərbaycanda bu şəxslərin borcu silindi - Hesabat - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR