Play Store

Türkiyə ordusu hər an Afrinin mərkəzinə girə bilər - Türkiyə prezidenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrinin mühasirəyə alındığını və ordunun istənilən an ora girə biləcəyini deyib.

Metbuat.az xəbər verir ki, prezident, həmçinin Suriyanın şimalında həyata keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində indiyə qədər ümumilikdə 3171 YPG/PKK üzvünün məhv edildiyini bildirib.

Bu ərəfədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Afrindəki əməliyyatların may ayına qədər başa çatacağını bəyan etmişdi.

Xatırladaq ki, Türkiyə ordusu Suriyanın Afrin vilayətinin terrorçulardan təmizlənməsi məqsədi daşıyan “Zeytun budağı” əməliyyatına yanvarın 20-də start verib. Bu əməliyyatda Türkiyə ilə yanaşı, Azad Suriya Ordusunun döyüşçüləri də iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR