Gürcüstan Prezidenti və Baş naziri Prezident İlham Əliyevə başsağlığı verib

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Zati-aliləri. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş verən yanğınla əlaqədar aldığım xəbər məni dərindən kədərləndirdi.

Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, vəfat edənlərin ailələrinə mənim başsağlığımı, xəsarət alanlara isə tez sağalmaları diləklərimi çatdırmağınızı xahiş edirəm.

Bütün hallarda Gürcüstanın dəstəyinə güvənə bilərsiniz".

Eyni zamanda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili də Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Zati-aliləri, Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümü ilə nəticələnən yanğınla əlaqədar Gürcüstan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.

Bu ağır anlarda biz qardaş Azərbaycan xalqının yanındayıq və həlak olanların ailələrinin kədərini bölüşür, onlara səbir diləyirik".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR