Özbəkistan ilə Tacikistan arasında

Özbəkistan Przidenti Şavkat Mirziyoyev Tacikistanda rəsmi səfərdədir.

Metbuat.az xəbər verir ki, Şavkat Mirziyoyevin Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşündə ölkələr arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, maliyyə, nəqliyyat-kommunikasiya, müdafiə, təhlükəsizlik, su-energetika, turizm, mədəni-humanitar, regionlararası əməkdaşlıq, vətəndaşların qarşılıqlı gediş-gəlişinin təmini, beynəlxalq əməkdaşlıq və digər məsələlər ətraflı müzakirə edilib.

Danışıqlarda ölkələr arasında nəqliyyat vasitələrinin tam gücü ilə fəaliyyət göstərməsi, tranzit daşımalarının tariflərinin azaldılması istiqamətində razılıq əldə olunub. Bildirilib ki, Mərkəzi Asiyada sülhün, sabitliyin, təhlükəsizliyin və inkişafın təmin edilməsi məqsədilə ölkələr arasındakı münasibətlər yeni səviyyəyə yüksəlir.

Danışıqların yekunu ilə bağlı ölkələr arasında münasibətlərin yeni səviyyəyə qaldırılması ilə bağlı 27 sənəd imzalanıb.

E.Rəhmon deyib ki, Özbəkistan Prezidentinin Tacikistana səfəri taleyüklü və tarixi sayıla bilər.

Şavkat Mirziyoyev bildirib ki, bu gün ikitərəfli münasibətlərimizin inkişafına mane olacaq heç bir problem yoxdur.

Səfər çərçivəsində biznes-forum da keçirilib, Özbəkistan milli sənaye sərgisinin açılışı olub.

Özbəkistan Prezidentinin Tacikistana rəsmi səfər davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR