Xəzərin suyu duzsuzlaşdırılır

2014-2017-ci illərdə Azərbaycanda 1,6 milyon kubmetr dəniz suyu duzsuzlaşdırılıb.

Metbuat.az-ın məlumatına görə, Xəzər dənizinin duzsuzlaşdırılmış suyu ətraf ərazilərdəki yaşıllıqların suvarılmasında istifadə edilib.

Yaşıllaşdırma tədbirlərinin effektivliyini, o cümlədən suvarma imkanlarının artırılması məqsədilə əlavə tikinti-quraşdırma işləri aparmadan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun gücü 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb.

Bakı Şirvan Kollektorunda suyun duzsuzlaşdırılaraq suvarmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların gücü sutkada 5000 kubmetrə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR