Play Store

Kürdə suyun səviyyəsi azalıb

Ölkə çaylarında suyun səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-170, Kiçik Qafqazın çaylarında 230-260, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 130 faizini təşkil edib.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 287 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 240 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 49 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR